...

Azərbaycan haqqında ingilis dilində hazırlanan filmin təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 May 2010 13:40 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyi cümə günü Azərbaycan haqda ingilis dilində hazırlanan "About Azerbaijan" filminin təqdimat mərasimini keçirib.
Azərbaycan haqqında ingilis dilində hazırlanan filmin təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir M. Əliyev/

"İRƏLİ" İctimai Birliyi cümə günü Azərbaycan haqda ingilis dilində hazırlanan "About Azerbaijan" filminin təqdimat mərasimini keçirib.

"Filmin bütün iştirakçıları ayrı-ayrı dövrlərdə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşlardır və onların dilindən ölkəmiz tərənnüm olunur. Həmin şəxslər öz ölkələrində tanınmış insanlardır", - "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, film Azər Qəribov və Anar Qəribov tərəfindən hazırlanıb və əcnəbilərin Azərbaycan haqda təəssüratlarını sadə, insanların anlayacağı dildə əks etdirir.

"About Azerbaijan" filmi "Qarant Sigorta"nın maliyyə dəstəyi ilə çəkilib və xarici auditoriya üçün nəzərdə tutulub.

Millət vəkili Qənirə Paşayeva təqdimat mərasimində Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, ölkəmizi xaricilərin baxışları ilə göstərmək önəmli bir işdir. "Film nümayiş etdirir ki, ayrı-ayrı zamanlarda Azərbaycana səfər edən insanlar ölkənin necə dəyişdiyini, inkişah etdiyini söyləyirlər", - Paşayeva bildirib.

Millət vəkili bundan sonra da bu silsilədə filmlər çəkilməsinin vacib olduğunu bildirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson təqdimat mərasimində bildirib ki, ABŞ-dakı amerikalılar Azərbaycan haqda geniş məlumata malik deyillər. "Ümid edirəm, bu məsələnin həlli üçün "About Azerbaijan" filmi geniş yayılacaq", - Devidson bildirib.

Xəbər lenti

Xəbər lenti