...

Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq

Cəmiyyət Materials 1 İyun 2010 15:16 (UTC +04:00)
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq. Trend-in Azərbaycan Tələbələr Birliyinin (ATB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məqsədlə ATB "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi" layihəsini həyata keçirir.
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq. Trend-in Azərbaycan Tələbələr Birliyinin (ATB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məqsədlə ATB "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi" layihəsini həyata keçirir. Layihə çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət koordinasiya şurasının yaradılması, xarici ölkələrdə həyata keçirilən müəyyən tədbirlərin dəstəklənməsi, Azərbaycan haqda bəzi nəşrlərin tərcümə edilərək çoxaldılması nəzərdə tutulur.

Artıq Qərbi və Şərqi Avropada, Asiyada, Amerikada fəaliyyət göstərəcək və layihənin fəaliyyətlərini əlaqələndirə biləcək tələbələr seçilib. Bu tələbələr layihənin koordinasiya şurasını formalaşdırır. Həmin tələbələrlə ilkin danışıqlar aparılıb, onlara layihə barədə məlumat verilib, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər planlaşdırılıb.

ATB koordinasiya şurasına daxil olan tələbələrlə birgə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün effektiv fəaliyyət göstərməyə çalışacaq. Bu sahədə xarici ölkələrdəki Azərbaycan cəmiyyətlərinin, tələbələrin, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səyindən istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti