...

Sumqayıtda insan hüquqları mövzusunda təlim keçirilib

Cəmiyyət Materials 12 İyun 2010 12:35 (UTC +04:00)
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, və Avropa Tələbələr Forumu Sumqayıt İctimai Birliyi ilə birlikdə gənclər arasında insan hüquqları mövzusunda təlim keçirib. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.
Sumqayıtda insan hüquqları mövzusunda təlim  keçirilib

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, və Avropa Tələbələr Forumu Sumqayıt İctimai Birliyi ilə birlikdə gənclər arasında insan hüquqları mövzusunda təlim keçirib. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

Baş İdarənin gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İ. Kərimov fəal təlim metodu ilə gənclərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, hüquq bərabərliyi, gender bərabərliyi ilə yanaşı, ayrı-seçkiliyə qarşı mübarizədə gənclərin rolu haqqında iştirakçıları məlumatlandırıb.

Təlim proqramına uyğun olaraq, gələcəkdə gənclərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti