...

Azərbaycanın təbii fəlakət bölgəsində həyatın normal məcraya qaytarılması yönündə təxirəsalınmaz tədbirlər həyata keçirilir - nazir

Cəmiyyət Materials 12 İyun 2010 15:45 (UTC +04:00)
Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, prezidentin tapşırığı ilə insanların həyatının normal məcraya düşməsi üçün müvafiq işlər görülür.
Azərbaycanın təbii fəlakət bölgəsində həyatın normal məcraya qaytarılması yönündə təxirəsalınmaz tədbirlər həyata keçirilir - nazir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təbii fəlakət bölgəsində selin vurduğu ziyanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, prezidentin tapşırığı ilə insanların həyatının normal məcraya düşməsi üçün müvafiq işlər görülür.

"İnsanlara təcili surətdə evlərin tikilməsində kömək edilir, onlara yardım olunması və həyatlarının normal məcraya qaytarılması yönündə tədbirlər görülür", - nazir deyib.

Bağırov bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə ümumi rəhbərlik Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

"Həmin bölgədə evlərin tikilməsi Fövqəladə Hallar Nazirliyinə, yolların bərpası Nəqliyyat Nazirliyinə, su təchizatı Meliorasiya və Su Təsərrüfatı Komitəsinə həvalə edilib. Aidiyyəti nazirliklərin nümayəndələrindən ibarət alt komissiyalar yaradılıb. Ərazidə lazımi tədbirlərin siyahısı hazırlanır, vurulan ziyan hesablanır", - nazir deyib.

Bağırov bildirib ki, rəhbəri olduğu nazirliyin qarşısında gələcəkdə Azərbaycanda suların effektiv idarə olunması ilə bağlı şərt qoyulub və bu şərtin təmin edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq iş aparır.

"Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir. Bunların içərisində çaylara bəndlərin vurulması, xaricdə formalaşan suların miqdarı və keyfiyyəti ilə bağlı vəziyyətin təhlil olunması, baş verəcək fəsadların aradan qaldırılması və digər məsələlərlə bağlı işlərin görülməsi nəzərdə tutulur".

Xəbər lenti

Xəbər lenti