...

Bakıda Avstriya kitabxanası açılacaq

Cəmiyyət Materials 16 İyun 2010 10:44 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanası açılacaq. Bu barədə Trend-ə ADU-nun mətbuat xidmətindən məlumat veriblər.
Bakıda Avstriya kitabxanası açılacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanası açılacaq. Bu barədə Trend-ə ADU-nun mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, bu məqsədlə cümə axşamı ADU ilə Avstriyanın Azərbaycandakı Səfirliyi arasında müqavilə imzalanacaq. Müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silviya Mayer Kaybiç imzalayacaq. Müqaviləyə əsasən, kitabxana fonduna 3 000-dək kitab və müxtəlif materiallar veriləcək.

Xəbər lenti

Xəbər lenti