...

Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqlarına dair seminar keçirilib

Cəmiyyət Materials 16 İyun 2010 13:30 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birgə çərşənbə günü ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqlarına dair seminar keçirib.
Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqlarına dair seminar keçirilib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birgə çərşənbə günü ali təhsil müəssisələrinin tələbələri üçün insan hüquqlarına dair seminar keçirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbir zamanı bildirib ki, Azərbaycanda qəbul edilmiş müxtəlif dövlət proqramları insanların hüquqlarının təminatına yönəlib. "İnsan hüquqları ilə bağlı seminarları və digər maarifləndirmə işlərini Azərbaycanın rayonlarında və müxtəlif şəhərlərində təşkil etmək hazırda zəruri məsələdir", - Babayev bildirib.

"Gələcəyin təminatçısı olan gənclər ölkəmizdə insan hüquqlarına olan münasibəti davam etdirməlidirlər", - Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tədbir zamanı bildirib. Onun sözlərinə görə, hər bir gənc, ilk növbədə, ədalətli və humanist olmalıdır.

Azərbaycanda 18 iyun insan hüquqları günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti