...

Almaniyadakı azərbaycanlılar ermənilərin "Dağlıq Qarabağ" filminin yayımlanması ilə bağlı etiraz ediblər

Cəmiyyət Materials 16 İyun 2010 17:11 (UTC +04:00)
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Berlindəki "Moviemento" Kino Evinə ermənilərin "Dağlıq Qarabağ" adlı iftira və yalan üzərində qurulmuş filminin yayımlanması ilə bağlı etiraz məktubu göndərib.
Almaniyadakı azərbaycanlılar ermənilərin "Dağlıq Qarabağ" filminin yayımlanması ilə bağlı etiraz ediblər

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Əliyev/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Berlindəki "Moviemento" Kino Evinə ermənilərin "Dağlıq Qarabağ" adlı iftira və yalan üzərində qurulmuş filminin yayımlanması ilə bağlı etiraz məktubu göndərib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

İyunun 3-9-da mühacir erməni rejissoru Don Askaryanın filminin iştirakçıları olan Qarabağ erməniləri Azərbaycana qarşı böhtançı siyasətlə çıxış edir, faktları saxtalaşdırırlar.

Koordinasiya Mərkəzinin məktubunda reallığı və həqiqəti əks etdirməyən belə bir filmin nümayişinə kəskin etiraz bildirilib, ermənilərin cinayətkar siması Xocalı faciəsinə dair faktlarla açıqlanıb. AAKM-in məktubunda Qarabağ həqiqətlərinin azərbaycanlıların dilindən də dinlənilməsi və bu məzmunda çəkilmiş, Azərbaycanın haqlı mövqeyini əks etdirən filmlərin nümayiş olunması, eyni zamanda, Kino Evinin rəhbərliyi ilə görüşün təşkili tələb edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti