...

Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb

Cəmiyyət Materials 17 İyun 2010 11:49 (UTC +04:00)
Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb.
Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb.

Azərbaycan Dillər Universiteti (ADU) ilə Avstriyanın ölkəmizdəki səfirliyi arasında bağlanan müqaviləyə əsasən, iyunun 23-də Bakıda Avstriya kitabxanasının açılışı olacaq.

Avstriyanın Azərbaycandakı səfiri xanım Silviya Mayer Kaybiç deyib ki, Avstriya özünün böyük mədəniyyətinin təbliği ilə məşğuldur. Hazırda 56 ölkədə Avstriya kitabxanası fəaliyyət göstərir.

"Bu kitabxananın açılışı iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcək", - səfir əlavə edib.

ADU-nun rektoru, deputat Səməd Seyidov bildirib ki, müqavilənin imzalanması ilə iki ölkə arasında ictimai-siyasi əlaqələrin inkişafı üçün əsaslı zəmin yaranır.

Müqaviləyə əsasən, kitabxana fonduna 3 000-dək kitab və müxtəlif materiallar veriləcək. Eyni zamanda, kitabxana əməkdaşlarının bir hissəsi ildə bir dəfə 4 həftəlik Vyanada tərcübə keçəcəklər.

Xəbər lenti

Xəbər lenti