...

Azərbaycanlı paralimpiyaçılar İtaliyada yüksək nəticələr əldə ediblər

Cəmiyyət Materials 20 İyun 2010 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycanlı paralimpiyaçılar İtaliyanın İmola(Boloniya) şəhərində keçirilən Atletika üzrə İtaliyanın açıq  çempionatında yüksək nəticələr əldə ediblər. Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsinin mətbuat katibi Elçin Malıyev deyib.

Azərbaycan idmançısı Muradov Elçin 100 metr məsafəyə qaçış üzrə dünya rekordunu müəyyən edib və qızıl medala layiq görülüb. Ondan başqa, Panyutin Oleq uzunluğa tullanmada, Həsənov Hüseyn uzunluğa tullanma üzrə, Musayev Oloxan nüvə itələmə üzrə qızıl medallara layiq görülüblər. Osmanov Rza 100 metr məsafəyə qaçış üzrə bürünc medal alıb, Vladimir Zayets isə uzunluğa tullanmada gümüş medal alıb.

Xəbər lenti

Xəbər lenti