...

Ombudsmanın Milli Preventiv Mexanizm qrupu cəzaçəkmə müəssisəsində və polis idarəsində pozuntular aşkarlayıb

Cəmiyyət Materials 23 İyun 2010 17:53 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 6 saylı müəssisədə aparılan monitorinq zamanı saxlanılanların şəraiti ilə bağlı çatışmazlıqlar aşkar edilib.
Ombudsmanın Milli Preventiv Mexanizm qrupu cəzaçəkmə müəssisəsində və polis idarəsində pozuntular aşkarlayıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çatışmazlıqlar aşkarlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 6 saylı müəssisədə aparılan monitorinq zamanı saxlanılanların şəraiti ilə bağlı çatışmazlıqlar aşkar edilib.

Müəssisədə saxlanma şəraitinin mövcud standartlara cavab vermədiyi, otaqların ciddi təmirə ehtiyacı olduğu müəyyən edilib.

MPM qrupu həmin müəssisəyə 2009-cu ilin oktyabr ayında baş çəkmiş, müəssisə rəhbərliyinə müəyyən tövsiyələr vermişdi, lakin bu tövsiyələrin saxlanma şəraiti ilə bağlı əsas hissəsi üzrə tədbirlər həyata keçirilməyib.

Qrupun üzvləri Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında (MST) saxlanılanlarla da görüşüb.

MST-də söhbət aparılmış iki şəxs ilkin tutularkən həmin idarənin 4-cü polis bölməsində vaxtından çox saxlanılmaqla hüquqlarının pozulduğunu bildiriblər.

MST-də saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Adıçəkilən polis bölmələrində saxlanılan şəxs olmasa da, 2-ci polis bölməsinə gətirilənlərin qeydiyyatı kitabında bəzi pozuntular aşkar edilib.

Qeyd olunan məsələlərlə bağlı müvafiq qaydada Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti