...

Estoniya radiosunda Azərbaycan dilində verilişlər hazırlanacaq

Cəmiyyət Materials 23 İyun 2010 18:10 (UTC +04:00)
Estoniyanın "RADIO 4" radiosunda Azərbaycan redaksiyası açılacaq, Azərbaycan dilində verilişlər yayımlanacaq.
Estoniya radiosunda Azərbaycan dilində verilişlər hazırlanacaq

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/

Estoniyanın "RADIO 4" radiosunda Azərbaycan redaksiyası açılacaq, Azərbaycan dilində verilişlər yayımlanacaq. Redaksiya rəhbəri Sənəm Əliyevanın çərşənbə günü Bakıda Trend-ə verdiyi məlumata görə, payızdan etibarən fəaliyyətə başlayacaq verilişlərdə Azərbaycan mədəniyyəti, incəsənəti, elmi və təhsili barədə xəbərlər veriləcək.

"Veriliş həftədə bir dəfə yarım saat yayımlanacaq. Həftə ərzində Azərbaycanda baş verən tarixi-siyasi hadisələr barədə məlumat veriləcək. "Bu maraqlıdır" adı altında Azərbaycan haqqında maraqlı faktlar, Azərbaycanın görkəmli şəxsiyyətləri və Azərbaycan mədəniyyəti və incəsənəti haqqında məlumat veriləcək", - Əliyeva bildirib.

Əliyevanın sözlərinə görə, layihə müddətsizdir.

"Bizim bu verilişləri aparmaq üçün nə qədər gücümüz, imkanımız çatacaqsa, o qədər də bu layihə davam edəcək", - Əliyeva əlavə edib.

Onun sözlərinə görə, layihə Estoniya İnteqrasiya İdarəsi tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti