...

Almaniyada Azərbaycanın mədəniyyət günləri keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyun 2010 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M. Əliyev/

"İrəli" İctimai Birliyinin Almaniya Nümayəndəliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birgə Leypsiq şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilib.

XVI beynəlxalq tələbə həftəsi (21-26 iyun) çərçivəsində "Azərbaycan - Odlar Yurdu" adı altında təşkil olunan mədəniyyət gecəsinə Azərbaycanın Almaniyadakı Səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək gostəriblər, - bazar ertəsi İctimai Birlikdən deyilib.

Tədbirin aşılışında Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Fikrət Axundov Azərbaycan Respublikasının yaranması, keçdiyi inkişaf yolları, Azərbaycan - Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib, Dağlıq Qarabağ probleminə toxunub və bu münaqişənin həqiqətlərini dinləyicilərin nəzərinə çatdırıb.

Tədbirin ikinci hissəsində təqdim olunan Azərbaycanın ləziz yeməkləri və şirniyyatları, plov, dolma, dovğa, şəkərbura, paxlava və s. iştirakçıların mətbəximizlə yaxından tanış olmasına şərait yaradıb. Səfirlik tərəfindən təqdim olunan, Qarabağ həqiqətlərini əks etdirən kitablar və videolar paylanılıb.

Xəbər lenti

Xəbər lenti