...

Bakıda Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası öz işinə başladı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 İyul 2010 17:13 (UTC +04:00)
Bakıda Avropa Yayım Birliyi (EBU) Baş Assambleyasının 64-cü yay sessiyası öz işinə başlayıb. Bu barədə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumatda deyilir.
Bakıda Avropa Yayım Birliyi Baş Assambleyasının 64-cü yay sessiyası öz işinə başladı (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: ikinci abzasda Adil Kərimlinin çıxışı əlavə olunub

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir М.Əliyev/

Bakıda Avropa Yayım Birliyi (EBU) Baş Assambleyasının 64-cü yay sessiyası öz işinə başlayıb. Bu barədə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumatda deyilir.

"Avropa Yayım Birliyi Baş Assambleyasının Bakıda keçirilməsi bu nəhəng qurumun ölkəyə etibarının nəticəsidir", - İctimai Televiziyanın beynəlxalq əlaqələr departamentinin direktoru Adil Kərimli tədbirdə bildirib. Onun sözlərinə görə, Avropa Yayım Birliyinin Baş Assambleyası ildə iki dəfə toplanır - qış sessiyası İsveçrənin Cenevrə şəhərində, yay sessiyasının yeri isə ayrı-ayrı dövlətlərin müraciəti əsasında araşdırma aparıldıqdan sonra və həmin dövlətlərdəki infrastruktur və mediaya verilən qiymətdən asılı olaraq seçilir. "Tədbirin əhəmiyyəti birdə ondan ibarətdir ki, dünyanın rəy yaradıcıları Azərbaycana gəlir. Bu tədbir ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq üçün mühüm vasitədir", - Kərimli bildirib.

"Sessiyanın keçirilməsi həm ictimai yayımçıların, həm də İctimai Televiziyanın EBU çərçivəsində dünyaya inteqrasiyası baxımından əhəmiyyətlidir", - Lüksemburq televiziyasının direktoru Fernand Veides deyib.

Veidesin sözlərinə görə, onlara rəhbərlik edən şirkət və EBU arasında əməkdaşlıq radio sahəsində musiqilərin mübalidəsinə dair ola bilər.

Almaniyanın ZDF televiziyasının baş direktoru Markus Şaxter Avropa Yayımları Birliyinin problemləri və inkişaf prespektivlərinin müzakirə edildiyi tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. Tədbirdə 46 ölkədən 75-dək teleradio şirkəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti