...

Azərbaycan və İranın mədəniyyət sahəsində əməkdaşlığının yeni səhifəsi başlanıb - nazir Məhəmməd Hüseyni (FOTO)

Cəmiyyət Materials 5 İyul 2010 14:37 (UTC +04:00)
Azərbaycan və İranın mədəniyyət sahəsində əməkdaşlığının yeni səhifəsi başlanıb.
Azərbaycan və İranın mədəniyyət sahəsində əməkdaşlığının yeni səhifəsi başlanıb - nazir Məhəmməd Hüseyni (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İranın mədəniyyət sahəsində əməkdaşlığının yeni səhifəsi başlanıb, - bunu bazar ertəsi Trend-ə Bakıda İranın mədəniyyət və islami maarifləndirmə naziri Məhəmməd Hüseyni bildirib.

"Azərbaycana səfər çərçivəsində iki ölkə arasında müştərək filmlərin çəkilməsi, mədəniyyət günlərinin keçirilməsi, iki ölkənin incəsənət xadimləri və şairlərinin qarşılıqlı səfərləri, qarşılıqlı sərgi və festivalların təşkilii kimi məsələr müzakirə edildi", - nazir deyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirmə naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün sonunda mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. Protokola əsasən, bu ilin sentyabr ayında İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Daha sonra isə Azərbaycanda İran Mədəniyyət Günləri təşkil olunacaq. İmzalanma mərasimindən sonra, Qarayev iranlı həmkarına Azərbaycan xalçası hədiyyə edib.

Hüseyninin sözlərinə görə, bu kimi işlərin görülməsi iki ölkə xalqlarının bir-birini daha da yaxından tanımasına kömək etməklə yanaşı, iqtisadi, siyasi və digər sahələrdə də əməkdaşlıqların artırılmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti