...

Azərbaycan diasporu inkişaf edib, mütəşəkkil təşkilatlanma prosesi keçib - komitə sədri Nazim İbrahimov (FOTO)

Cəmiyyət Materials 5 İyul 2010 16:26 (UTC +04:00)
Keçən dövr ərzində Azərbaycan diasporu inkişaf edib, mütəşəkkil təşkilatlanma prosesi keçib və akademik səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur.
Azərbaycan diasporu inkişaf edib, mütəşəkkil təşkilatlanma prosesi keçib - komitə sədri Nazim İbrahimov (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Keçən dövr ərzində Azərbaycan diasporu inkişaf edib, mütəşəkkil təşkilatlanma prosesi keçib və akademik səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

"Bu gün ümummilli liderimiz Heydər Əliyevin diaspora qayğısının ən yüksək nöqtəsi sayıla bilər: 8 il bundan öncə diasporun gördüyü işlərin nə qədər önəmli olduğunu görərək bəlkə də ilk dəfə yüksək dövlət təşkilatı yaratdı. İlk güdən diaspor təşkilatlarına Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması tapşırıqları verildi. Bu gün Azərbaycan diasporu dünyada tanınmış diaspordur", İbrahimov deyib.

Bu gün Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılmasının 8 ili tamam olur. Bu qurum Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin diaspor qarşısında qoyduğu tapşırıqlar layiqincə yerinə yetirilir.

"İşğal olunmuş torpaqlarımızla bağlı dünyaya həqiqətlərin çatdırılmasında, Dağlıq Qarabağla bağlı məsələlərdə Azərbaycanın haqlı olduğunun dünyaya çatdırılmasında diasporun böyük rolu var. Onlar bu işdə böyük rol oynayırlar, artıq bir neçə təşkilatımız var, Almaniyada, ABŞ-da, Rusiyada çox böyük təşkilatlar yaranıb ki, bu təşkilatlar da həmin ölkələrin ictimai-siyasi həyatında öz sözlərini söyləyirlər", - İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti