Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çərşənbə axşamı Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseyni  ilə görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətini rəhbəri Abbas İsgəndəri  bildirib. 
Görüşdə tərəflər İran və Azərbaycanın milli mənafeyinə hörmət bəsləyərək iki ölkə arasında din və mədəniyyət sahəsində əməkdaşlığın artırılmasını istəyiblər.  
Tərəflər iki ölkə arasında  elmi və dini mərkəzlər sahəsində təcrübə mübadiləsinin zəruriliyindən danışıblar.
İranlı nazir ölkəsində istehsal olunan serial və filmlərin Azərbaycanda yayımlanmasında maraqlı olduğunu bəyan edib.