...

Belarusda Azərbaycan kəndi Lahıc haqqında sənədli film təqdim edilib

Cəmiyyət Materials 8 İyul 2010 10:56 (UTC +04:00)
Belarusun dövlət televiziyasının birinci kanalında auditoriyanın geniş marağını qazanan Azərbaycanın qədim məskəni Lahıc haqqında sənədli filmin ilk nümayişi olub.
Belarusda Azərbaycan kəndi Lahıc haqqında sənədli film təqdim edilib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Belarusun dövlət televiziyasının birinci kanalında auditoriyanın geniş marağını qazanan Azərbaycanın qədim məskəni Lahıc haqqında sənədli filmin ilk nümayişi olub.

Film Belarus Milli Dövlət Teleradio Şirkətinin çəkiliş qrupunun İsmayıllı rayonuna səfəri zamanı materiallar əsasında hazırlanıb.

Sənədli lent Belarus tamaşaçılarına Odlar Yurdunun mirvarilərindən sayılan Lahıc kəndinin tarixi-arxitektur abidələri, nadir təbiəti, yerli sakinlər tərəfindən qorunan qədim peşələri ilə yaxından tanış olmaq imkanı verib.

Xəbər lenti

Xəbər lenti