...

"Mançester Yunayted"in yetirməsi Azərbaycanın "Gəncə" futbol klubunda baxışdadır

Cəmiyyət Materials 12 İyul 2010 13:10 (UTC +04:00)
Gəncənin eyniadlı futbol klubu ingiltərəli hücumçunu heyətinə cəlb edib.
"Mançester Yunayted"in yetirməsi Azərbaycanın "Gəncə" futbol klubunda baxışdadır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M. Əliyev/

Gəncənin eyniadlı futbol klubu ingiltərəli hücumçunu heyətinə cəlb edib.

Klubdan bazar ertəsi Trend-ə verilən məlumata görə, ingilis futbolşu Mark Redşau hazırda Gəncədədir və artıq klubun məşqlərinə qatılıb.

Mark Redşau peşəkar karyerasına məşhur ingilis futbol klubu "Mançester Yunayted"in (1992-2000 illərdə) uşaqlardan ibarət komandasında başlayıb.

26 yaşlı hücumçu "Gəncə" klubuna Yunanıstanın "Etnikos Pirey" komandasından gəlib.

Karyerasının əsas hissəsini Böyük Britaniyada keçirən hücumçu 2007-2008-ci illər mövsümündə Avstraliyanın "Stirlinq Lions" klubunda çıxış edib və komandanın heyətində 11 oyunda 10 qol vurub.

Buna qədər Redşau ABŞ-ın məşhur "Los Anjeles Qalaksi" (2006), İtaliyanın "Triestina" (2005-2006), Uelsin "Kaernarfon Toun" (2004-2005) klublarının şərəfini qoruyub. Hücumçu 2003-2004-cü illər mövsümünü "Mançester Siti"də keçirib.

Xəbər lenti

Xəbər lenti