...

İyulun birinci ongünlüyündə Kürdə suyun sərfi iki dəfədən çox azalıb – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 13 İyul 2010 11:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə axşamı idarənin mətbuat xidmətindən məlumat veriblər.
İyulun birinci ongünlüyündə Kürdə suyun sərfi iki dəfədən çox azalıb – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir М.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə axşamı idarənin mətbuat xidmətindən məlumat veriblər.

İyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 246 m3/san azalaraq 234 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 232 m3/san olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,40-6,55 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti