...

Bakı Dövlət Universiteti Polşa universiteti ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 13 İyul 2010 16:02 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) Polşa universiteti ilə əməkdaşlıq edəcək. Trend-in BDU-nun Mətbuat və informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı BDU ilə Polşa Dövlət Vroslav Universiteti (PDVU) arasında əməkdaşlıq protokolu imzalanıb.
Bakı Dövlət Universiteti Polşa universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universiteti (BDU) Polşa universiteti ilə əməkdaşlıq edəcək. Trend-in BDU-nun Mətbuat və informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı BDU ilə Polşa Dövlət Vroslav Universiteti (PDVU) arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu BDU-nun rektoru Abel Məhərrəmov və PDVU-nun rektoru Roman Kolaçz imzalayıblar.

Əməkdaşlıq protokoluna əsasən, universitetlər birgə qrant və layihələr, nanotexnologiya, immunologiya, biotexnika sahəsində əməkdaşlıq edəcək, tələbə, aspirant və müəllim mübadiləsi həyata keçirəcəklər.

Polşa Dövlət Vroslav Universitetində 11 min tələbə təhsil alır. Universitetdə ekoloji problemlər, kənd təsərrüfatı, geodeziya, kartoqrafiya, biologiya, biotexnologiya və s. ixtisaslar tədris olunur.

Xəbər lenti

Xəbər lenti