...

Azərbaycan və Moldovanın konstitusiya məhkəmələri əməkdaşlıq haqqında memorandum imzalayıblar

Cəmiyyət Materials 14 İyul 2010 13:51 (UTC +04:00)
Azərbaycan və Moldovanın konstitusiya məhkəmələri çərşənbə günü əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Azərbaycan və Moldovanın konstitusiya məhkəmələri əməkdaşlıq haqqında memorandum imzalayıblar

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycan və Moldovanın konstitusiya məhkəmələri çərşənbə günü əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Sənəd Moldovanın Konstitusiya Məhkəməsi rəhbərinin Azərbaycana səfəri zamanı imzalanıb. Memorandumu Azərbaycan və Moldova konstitusiya məhkəmələrinin sədrləri Fərhad AbdullayevDimitru Pulbere imzalayıblar.

"Azərbaycan və Moldovanın konstitusiya məhkəmələri arasında əlaqələr paralel şəkildə inkişaf edir və bizim beynəlxalq təşkilatlarda iştirakımız ölkələr arasında əlaqələrin inkişafına şərait yaradacaq", - Abdullayev deyib. - "Hüquq sahəsində memorandum imzalandıqdan sonra, iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək", - o deyib.

"Moldova Konstitusiya Məhkəməsi üçün azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi və məsləhətləşmələr mühüm əhəmiyyət kəsb edir", - Pulbere deyib. - "Ümid edirik, ölkələrimizin konstitusiya məhkəmələri arasında əlaqələr inkişaf edərək möhkəmlənəcək", - o deyib.

2009-cu ilin fevral ayında Azərbaycan Konstitusiya Məhkəməsi rəhbərinin iştirakı ilə Moldova KM-in 15 illiyi münasibətilə keçirilən tədbirlərdə əməkdaşlıq istəyi haqqında memorandum imzalanıb. Azərbaycanla Türkiyə və Belarus arasında analoji sənədlər imzalanıb.

Xəbər lenti

Xəbər lenti