Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/
UEFA Avropa Liqasının üçüncü seçmə mərhələsində Azərbaycan futbol klublarının potensial rəqibləri müəyyən edilib.
Üçüncü tura çıxacağı halda "Qarabağ" futbol klubu Polşanın "Visla" komandası ilə görüşəcək. Sonuncu iyulun 15-də Litvanın "Şyaulyay" komandasına 2:0 hesabı ilə qalib gəlib, bununla da cavab matçı ərəfəsində üstünlük qazanıb.
Digər Azərbaycan klubu "Bakı" növbəti tura çıxacağı halda onun rəqibi Danimarkanın "Brondbü" komandası ola bilər. İkinci mərhələnin birinci oyununda "Bakı"nın rəqibi Lixteynşteynin "Vadus" komandasını 3:0 hesabı ilə məqlubiyyətə uğradıb.
Hər iki Azərbaycan komandası iyulun 15-də UEFA Avropa Liqasının ikinci seçmə mərhələsində öz rəqiblərinə 2:1 hesabı ilə qalib gəliblər: "Qarabağ" Şimali İrlandiyanın "Portadaun", "Bakı" isə Monteneqronun "Buduçnost" klubunu məqlubiyyətə uğradıb.