...

Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Qaranlığa nur saçan zəka" kitabının təqdimat mərasimini keçirilib

Cəmiyyət Materials 16 İyul 2010 19:41 (UTC +04:00)
Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı daimi nümayəndəliyi cümə günü Bakıda R.Behbudov adına Mahnı teatrında şair, publisist Mirkazım Seyidovun görkəmli oftalmoloq, dünya şöhrətli alim Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Qaranlığa nur saçan zəka" kitabının təqdimat mərasimini keçirib.
Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Qaranlığa nur saçan zəka" kitabının təqdimat mərasimini keçirilib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı daimi nümayəndəliyi cümə günü Bakıda R.Behbudov adına Mahnı teatrında şair, publisist Mirkazım Seyidovun görkəmli oftalmoloq, dünya şöhrətli alim Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Qaranlığa nur saçan zəka" ("Мудрость освещающая тьму", "The intellect lightening darkness") kitabının təqdimat mərasimini keçirib.

"Kitab Novosibirsk şəhərində Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb", - kitabın müəllifi Mirkazım Seyidov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, avqust ayında "Qaranlığa nur saçan zəka" kitabının Rusiyada və Türkiyədə təqdimat mərasimi keçiriləcək və həmin ölkələrin elmi kitabxanalarına nüsxələri təqdim olunacaq.

"Kitabın tirajı 2500 nüsxədir, lakin növbəti il bir çox elmi mərkəzi bu kitabla təmin etmək üçün əlavə olaraq çap olunacaq", - müəllif bildirib.

Təqdimat mərasimini incəsənət xadimlərinin musiqili bədii gecəsi müşayiət edib.

Xəbər lenti

Xəbər lenti