...

Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə "Mediada yeni nəfəs" adlı proqram həyata keçirilib

Cəmiyyət Materials 27 İyul 2010 14:39 (UTC +04:00)
Milli Mətbuatın 135 illiyi ilə bağlı “İrəli” Media Akademiyası xüsusi proqram keçirib.
Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə "Mediada yeni nəfəs" adlı proqram həyata keçirilib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Milli Mətbuatın 135 illiyi ilə bağlı "İRƏLİ" Media Akademiyası xüsusi proqram keçirib. Trend-in "İRƏLİ"nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tələbələrin hazırladığı "Mediada yeni nəfəs" adlı proqram çərçivəsində gələcək jurnalistlər akademiyada təhsil aldıqları 1 ay ərzində mənimsədikləri bilikləri, praktik təcrübəni, peşə vərdişlərini nümayiş etdiriblər.

"İRƏLİ" İctimai Birliyi üzvlərinin, akademiyada dərs deyən təcrübəli pedaqoqların qatıldığı proqramda müasir medianın inkişaf prioritetləri, sezilən naqisliklər olduqca səmimi şəkildə əks olunub.

Çağdaş mətbuatın inkişafı üçün dünyada olan müasir media texnologiyalarından yararlanmağı qarşısına məqsəd qoyan tələbələri qarşıda üçaylıq peşə təlimləri gözləyir.

Xəbər lenti

Xəbər lenti