...

Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 29 İyul 2010 12:26 (UTC +04:00)
Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Volfqanq Şık Bakıda səfərdədir.
Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Volfqanq Şık Bakıda səfərdədir. Bu barədə cümə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Səfərdə onu təşkilatın direktor müavini Marcel Haqman müşayiət edir.

Səfərin əsas məqsədi Azərbaycanın Avropa Gənclər Kartı Assosiasiyasına üzv olması ilə bağlı işlərin aparılmasıdır. Bu gün Avropada 30 yaşınadək olan gənclər kitabxana və muzeylərə getdikləri, bir çox dükanlarda alış-veriş etdikləri zaman onlara gənclər kartı vasitəsilə endirimlər edilir.

Səfər çərçivəsində qonaqlar gənclər və idman naziri Azad Rəhimov ilə görüş keçiriblər. Görüş zamanı gənclər kartının Azərbaycana gətirilməsi, onun bu ölkədə istifadə üsulları müzakirə edilib.

Qonaqların Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və bir sıra digər gənclər təşkilatları ilə görüşlər keçirməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti