...

"Media Akademiya"da növbəti treninq keçirilib

Cəmiyyət Materials 5 Avqust 2010 14:45 (UTC +04:00)
"İrəli" İctimai Birliyi "Media Akademiya" layihəsinin reallaşdırılmasını davam etdirir. Layihə çərçivəsində növbəti treninqi "994 Prodakşn"ın direktoru Tural Yusifov (dj Tural) aparıb.
"Media Akademiya"da növbəti treninq keçirilib

Аzərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/

"İrəli" İctimai Birliyi "Media Akademiya" layihəsinin reallaşdırılmasını davam etdirir. Layihə çərçivəsində növbəti treninqi "994 Prodakşn"ın direktoru Tural Yusifov (dj Tural) aparıb. Azərbaycanda fəaliyyət göstərən radiolar haqqında məlumat verən dj radiolardakı bəzi neqativ halları da təhlil edib.

Daha sonra qonaq tələbələrə radio formatları və proqramlaşdırma haqqında məlumat verib.

Bildiyiniz kimi, akademiyanın tələbələrinə Azərbaycanın bütün tanınmış media mütəxəssisləri tərəfindən dərslər keçilir. Gənclərə praktik məşğələləri Azərbaycanın bütün aparıcı TV, radio, informasiya agentlikləri və qəzetlərində keçməyə şərait yaradılıb. Alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərən akademiyanın tərkibində fəaliyyət göstərən "Radio"da - "İRƏLİ Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, professional gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Hazırda layihənin 30 iştirakçısı var.

Xəbər lenti

Xəbər lenti