...

Məşhur "Wonderland Avenue" DJ qrupu MTV telekanalının konsertində çıxış edəcək

Cəmiyyət Materials 5 Avqust 2010 20:55 (UTC +04:00)
"Ride the White Horse" hiti ilə məşhur olan "Wonderland Avenue" DJ qrupu avqustun 13-də Bakıda "Sea Breeze" yeddiulduzlu kurort otelində keçiriləcək MTV-nin ilk tədbirində çıxış edəcək.
Məşhur "Wonderland Avenue" DJ qrupu MTV telekanalının konsertində çıxış edəcək

"Ride the White Horse" hiti ilə məşhur olan "Wonderland Avenue" DJ qrupu avqustun 13-də Bakıda "Sea Breeze" yeddiulduzlu kurort otelində keçiriləcək MTV-nin ilk tədbirində çıxış edəcək.

Azərbaycan estradasının ulduzları Sevda Ələkbərzadə və Aysel Teymurzadənin, beynəlxalq super ulduzlar Dan Balan, Ian Carey-in çıxış edəcəyi konserti Kamilə Babayeva aparacaq.

"Sea Breeze" fişəng, xüsusi lazer və su effektləri, içində ağ balıq və ağ qızıl güllər olan hövuzla bəzədiləcək. Qonaqlara Bakıda fəaliyyət göstərən aparıcı zərgərlik şirkətlərinin hədiyyələri təqdim ediləcək. Tədbir "ANS Radio" tərəfindən bütün ölkəyə yayımlanacaq.

Konsertdə yerli ulduzlarla, siyasət və iş adamları ilə yanaşı, Hollivud ulduzlarının da iştirakı gözlənilir. Tədbir MTV-nin Azərbaycanla bağlı tədbirlər planı çərçivəsində yayımlanacaq, ölkənin imicinin və onun yeni turist obyekti kimi gözəlliyinin artırılmasına istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti