...

UEFA prezidenti Mişel Platini Tbilisiyə gəlib

Cəmiyyət Materials 9 Avqust 2010 21:05 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini Tbilisiyə gəlib. Qonağı Tbilisinin Beynəlxalq Aeroportunda Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava və strukturun digər şəxsləri qarşılayıb. Platini Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.
UEFA prezidenti Mişel Platini Tbilisiyə gəlib

Gürcüstan, Tbilisi, 9 avqust/Trend, müxbir N.Kirsxaliya/

UEFA prezidenti Mişel Platini Tbilisiyə gəlib. Qonağı Tbilisinin Beynəlxalq Aeroportunda Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava və strukturun digər şəxsləri qarşılayıb. Platini Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

Səfər çərçivəsində "Basa" texnika mərkəzinə baş çəkmək, Tbilisi meri Qiqa Uqulava ilə səhər yeməyi və Gürcüstan hakimiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Platininin hava limanında dediyinə görə, o artıq üçüncü dəfədir ki Tbilisyə gəlir və bu ölkədə olmağına şaddır. "Siz dünya çempionu deyilsiz, lakin çoxlu yaxşı futbolçularınız var və biz Gürcüstanda futbolun inkişafına xidmət edəcək məsələləri müzakirə etmək niyyətindəyik", - o qeyd edib.

Görüşlərdə Avropa Liqasının final oyununun Tbilisdə keçirilməsinin mümkünlüyü müzakirə ediləcək. Gürcü tərəfi finalın keçirilməsi üçün lazım olan tövsiyələri dinləyəcək.

Bundan başqa, GFF rəhbərinin bildirdiyinə görə, söhbət UEFA-nın "Lokomativ" stadionunun yenidən qurulmasına gösətərə biləcəyi dəstəkdən də gedəcək.

Xəbər lenti

Xəbər lenti