...

Azərbaycanda özəl ali təhsil ocaqlarının plan yerlərinin dörddə bir hissəsi vakant qalıb

Cəmiyyət Materials 13 Avqust 2010 11:27 (UTC +04:00)
Azərbaycanda 2010/2011-ci tədris ili üçün qəbul imtahanlarının nəticəsinə görə özəl ali təhsil ocaqlarına 4561 plan yeri olduğu halda, 1158 yerə qəbul həyata keçirilib, - Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən mətbuat konfransında jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Azərbaycanda özəl ali təhsil ocaqlarının plan yerlərinin dörddə bir hissəsi vakant qalıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T. Hacıyev/

Azərbaycanda 2010/2011-ci tədris ili üçün qəbul imtahanlarının nəticəsinə görə özəl ali təhsil ocaqlarına 4 561 plan yeri olduğu halda, 1 158 yer vakant qalıb, - Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən mətbuat konfransında jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

"Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin əksəriyyəti - 1 293 yerdən 1 158-i özəl ali təhsil müəssisələrinə məxsusdur", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və rus bölmələrinin ali təhsil müəssisələrinə bölmələr və qruplar üzrə plan yerləri 30 510 olduğu halda, 28 737 yerə qəbul həyata keçirilib.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə bölmələr üzrə ayrılmış 7 044 plan yerlərinə 6 758 nəfər qəbul olunub.

Komissiyanın sədri bildirib ki, orta ixtisas müəssisələrinə müsabiqə zamanı bəzi ixtisaslar üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrindəki ballardan yüksək olub. "Azərbaycan Maliyyə-İqtisad Kollecinin "Bank işi" ixtisası üzrə minimal keçid balı 369 bal, 2 nömrəli Bakı Tibb Kollecinin "Ortopedik stomatologiya" ixtisası üzrə minimal keçid balı isə 396 bal olub", - o qeyd edib.

Azərbaycanın ali məktəblərinə 2010-2011-ci tədris ili üçün qəbul imtahanları iyulun 4-dən 23-dək keçirilib.

Xəbər lenti

Xəbər lenti