...

Azərbaycanda buraxılış imtahanında qeyri-kafi qiymət almış şagirdlər üçün keçirilən imtahanların qaydaları açıqlanıb

Cəmiyyət Materials 18 Avqust 2010 16:58 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi buraxılış imtahanında qeyri-kafi qiymət almış şagirdlər üçün keçirilən ekstern imtahanların qaydalarını açıqlayıb.
Azərbaycanda buraxılış imtahanında qeyri-kafi qiymət almış şagirdlər üçün keçirilən imtahanların qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Təhsil Nazirliyi buraxılış imtahanında qeyri-kafi qiymət almış şagirdlər üçün keçirilən ekstern imtahanların qaydalarını açıqlayıb.

Şagird təkrar buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etmədikdə və ya yenə də qeyri-kafi qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydada bütün fənlərdən buraxılış imtahanı verir. Bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilir.

Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılmaları barədə qərar qəbul edildikdən sonra, müvafiq sənədlər rayon (şəhər) təhsil şöbəsinin müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.

Xəbər lenti

Xəbər lenti