...

Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrupunu birinciliklə başa vurmağa çalışacaq - millinin məşqçisi

Cəmiyyət Materials 19 Avqust 2010 17:01 (UTC +04:00)
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda seçmə qrupunu birinciliklə başa vurmağa çalışacaq.
Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrupunu birinciliklə başa vurmağa çalışacaq - millinin məşqçisi

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M. Əliyev/

Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda seçmə qrupunu birinciliklə başa vurmağa çalışacaq. Bunu jurnalistlərə Azərbaycan yığma komandasının baş məşqçisi Elxan Əliyev bildirib.

Basketbol üzrə milli komanda Avropa çempionatının seçmə oyunlarının B divizionunda Albaniya, Belarus və Rumıniyaya qalib gələrək qrupa liderlik edir. 21 avqustda Sərhədçi Olimpiya Mərkəzində birinci dairənin son oyununda komandamız İsveç milli yığması ilə qarşılaşacaq.

Milli komandanın baş məşqçısı bildirib ki, bu oyunun nəticəsinə əsasən, birinci dairənin qalibi müəyyənləşəcək; belə ki, hazırda İsveç komandası ikinci yerdədir.
Elxan Əliyev, həmçinin, jurnalistlərə İsveçlə oyuna hazırlıq, məşq prosesləri, əldə olunan uğurlar və aradan qaldırılan çətinliklər haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti