...

Bloggerlər jurnalist sayılmırlar – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 24 Avqust 2010 13:08 (UTC +04:00)
Bloggerlər Azərbaycan KİV-in nümayəndələri sayılmırlar. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Bloggerlər jurnalist sayılmırlar – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir M.Əliyev/

Bloggerlər Azərbaycan KİV-in nümayəndələri sayılmırlar. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Dünyada nə qədər kompüteri olan adam varsa, bir o qədər də blogger var. Və hər bloggeri jurnalist kimi müdafiə etmək jurnalistlərin hüquqları baxımından düzgün deyil", - Həsənov həbs olunmuş azərbaycanlı bloggerlər Adnan Hacızadə və Emin Milli lə bağlı sualı şərh edərkən bildirib.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərərvurma (127.2.3) və xuliqanlıq (221.2.1) maddələri üzrə təqsirli bilinirlər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti