...

Azərbaycanda istirahət günlərində havanın temperaturunun artacağı gözlənilir – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 26 Avqust 2010 12:28 (UTC +04:00)
İstirahət günlərində Azərbaycanda havanın temperaturunun artacağı gözlənilir. Bu barədə cümə axşamı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hidrometeoroloji proqnozlar bürosunun direktoru Umayra Tağıyeva bildirib.
Azərbaycanda istirahət günlərində havanın temperaturunun artacağı gözlənilir – Ekologiya Nazirliyi

Аzərbaycan, Bakı, 26 avqust / Trend, müxbir М.Əliyev/

İstirahət günlərində Azərbaycanda havanın temperaturunun artacağı gözlənilir. Bu barədə cümə axşamı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hidrometeoroloji proqnozlar bürosunun direktoru Umayra Tağıyeva bildirib.

"Azərbaycanda avqustun 28-dək qeyri-sabit hava şəraiti proqnozlaşdırılır, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz Bakı və Abşeron yarımadasında temperatur, təxminən, 31-34 dərəcə, aran rayonlarında 30-35 dərəcə, ölkənin dağlıq rayonlarında isə 17-22 dərəcə təşkil edəcək", - Tağıyeva deyib.

Onun sözlərinə görə, istirahət günləri paytaxtda temperatur 35-37, aran rayonlarında 38, dağlıq rayonlarda isə 25 dərəcəyə qədər yüksələ bilər.

"Həftənin sonunda havanın temperaturu artsa da, bu yüksəliş iqlim normalarına uyğun gələcək; yəni, kəskin istilər artıq gözlənilmir - sentyabrın əvvəllərində mülayim hava şəraiti proqnozlaşdırılır", - Tağıyeva deyib.

Xəbər lenti

Xəbər lenti