Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlayacaq.
Qəbul imtahanında iştirak etmək üçün 30 671 abituriyent ərizə təqdim edib.
İmtahanın nəticələri sentyabrın 5-dək açıqlanacaq.
Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır.