...

Azərbaycanda gənclər siyasəti sahəsində yeni Dövlət Proqramının layihəsi hazırlanır - nazir

Cəmiyyət Materials 8 Sentyabr 2010 12:53 (UTC +04:00)
Azərbaycanda gənclər siyasəti sahəsində yeni Dövlət Proqramı layihəsinin hazırlanması üzrə iş görülür. Bu barədə Trend-ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Azərbaycanda gənclər siyasəti sahəsində yeni Dövlət Proqramının layihəsi hazırlanır - nazir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda gənclər siyasəti sahəsində yeni Dövlət Proqramı layihəsinin hazırlanması üzrə iş görülür. Bu barədə Trend-ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

"Azərbaycanın Gənclər və İdman Nazirliyi müasir tələblərə cavab verən yeni proqramın hazırlanması üzərində çalışır", - Rəhimov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan gənclərinin əsas tələbatları öyrənilir, onların rəyləri nəzərə alınır. Görülən işlərin nəticələri vahid proqram layihəsi formasında toplanacaq və onların təkliflərinə baxmaq üçün gənclərlə iş sahəsində fəaliyyət göstərən təşkilatlarla müzakirə olunacaq.

"Azərbaycanda dövlət proqramları bir-birini təkrar etmir, əksinə, dövlətin bu mərhələdə prioritetlərini əks etdirir", - Rəhimov bildirib.

Nazirin sözlərinə görə, proqram 4-6 il üçün nəzərdə tutulub.

Azərbaycanın gənclər siyasəti sahəsində bundanəvvəlki Dövlət Proqramı 2005-2009-cu illəri əhatə edib.

Xəbər lenti

Xəbər lenti