...

İranın Azərbaycandakı səfirliyi Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb

Cəmiyyət Materials 14 Sentyabr 2010 18:58 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb.
İranın Azərbaycandakı səfirliyi Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb.

"11 sentyabr hadisəsi ilə əlaqədar bəzi amerikalı dinsiz və şeytanabənzərlər tərəfindən Qurani-Kərimin yandırılması insanlığa yaraşmayan şeytani bir hərəkətdir", - Trend-in məlumatına görə, səfirliyin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu əməl "sionizm"in təsiri ilə hərəkət edən bir neçə dinsiz tərəfindən həyata keçirilib.

"Onların bu əməlinə səbəb Quran məntiqinin, islamın insanpərvərliyinin və azadlıq fəlsəfəsinin qarşısında aciz qalmalarıdır. İranın Azərbaycandakı səfirliyi dost və qardaş Azərbaycanın müsəlman xalqı, eləcə də dünyanın milyardlarla pak nəfəsli müsəlmanları ilə birlikdə bu nalayiq hərəkəti pisləyərək etirazlara qoşulur. Bu hərəkət dünyada insanların islama qarşı hörmətsizliyinə səbəb ola, eləcə də islamın inkişafının qarşısını ala bilməz", - bəyanatda bildirilib.

Xəbər lenti

Xəbər lenti