...

Bakıda Avropa ölkələri idman nazirlərinin qeyri-formal sammiti start götürüb (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2010 14:54 (UTC +04:00)
Çərşənbə günü Bakıda Avropa ölkələri idman nazirlərinin qeyri-formal sammiti öz işinə başlayıb.
Bakıda Avropa ölkələri idman nazirlərinin qeyri-formal sammiti start götürüb (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Bakıda Avropa ölkələri idman nazirlərinin qeyri-formal sammiti öz işinə başlayıb.

"Bu konfransın keçirilməsi Avropa ölkələrinin idman sahəsində əməkdaşlığına kömək edəcək", - Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev mərasimin açılışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda idmanda mənfi faktların qarşısının alınması üzrə böyük iş aparılır.

Baş nazirin müavini bildirib ki, son illərdə Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin uğurlu əməkdaşlığı sayəsində Bakıda irimiqyaslı idman yarışları təşkil olunub.

Avropa ölkələri idman nazirləri konfransının birinci hissəsi idman oyunlarının yekunlarına müdaxilədən idmanın təmizliyinin qorunub-saxlanılmasına, eləcə də Ümumavropa idman əməkdaşlığına həsr olunub.

İki ildən bir keçirilən konfransda Avropanın 36 ölkəsinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti