Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda cümə axşamı Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən iki məktəbin açılışı keçiriləcək.
Məktəblərin açılışı üçün Azərbaycanın təhsil naziri Misir Mərdanov Gürcüstanın Qardabani və Dmanisi rayonlarına gəlib. Bu barədə Trend-ə Gürcüstanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Azərbaycanlı nazir gürcü həmkarı Dmitri Şaşkinlə birlikdə saat 11:30-da (yerli vaxtla) Qardabanidəki 3 saylı məktəbi açacaq. Mərasimdə Kvemo-Kartli regionunun qubernatoru David Kirkitadze də iştirak edəcək. Qonaqlar yeni məktəblərin açılışı münasibətilə müəllim və şagirdləri təbrik edəcəklər.
Daha sonra Gürcüstan və Azərbaycandan olan nazirlər Dmanisiyə yola düşəcəklər. Onlar burada 2 saylı məktəbdə Gürcüstandakı azərbaycanlı məktəbliləri tədris müəssisəsinin bərpası münasibətilə təbrik edəcəklər.