...

Azərbaycanın təhsil naziri Beynəlxalq Universitetə qanunsuz qəbul edilmiş tələbələrin probleminin həllində gücsüz olduğunu bildirib

Cəmiyyət Materials 7 Oktyabr 2010 12:33 (UTC +04:00)
"Onların taleyini həll etməkdə çətinlik çəkirəm və bu məsələ gücüm daxilində deyil", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanın təhsil naziri Beynəlxalq Universitetə qanunsuz qəbul edilmiş tələbələrin probleminin həllində gücsüz olduğunu bildirib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T. Hacıyev/

Azərbaycanın təhsil naziri Beynəlxalq Universitetə qanunsuz qəbul edilmiş tələbələrin probleminin həllində gücsüz olduğunu bəyan edib.

"Onların taleyini həll etməkdə çətinlik çəkirəm və bu məsələ gücüm daxilində deyil", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir Azərbaycan Beynəlxalq Universitetinə qanunsuz qəbul edilmiş tələbələrin sayının mindən çox olduğunu vurğulayıb.

Mərdanov bildirib ki, Təhsil Nazirliyi səlahiyyəti daxilində öz işini görürür.

"Təhsil Nazirliyi olaraq, universitetin fəaliyyətini dayandırmışıq və qanuni təhsil alan tələbələri yerləşdirməklə məşğuluq. Qalan işlə biz məşğul deyilik", - Mərdanov deyib.

Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədəolma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Universitetə testdənkənar qanunsuz yolla qəbul edilmiş və oranı bitirmiş bir qrup gənc Təhsil Nazirliyinə hüquqlarının bərpası ilə bağlı müraciət edib. Onlar ödənilmiş təhsil haqlarının qaytarılmasını, bir qismi isə digər ali məktəblərə köçürülməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti