...

"AIESEC Azərbaycan" 2010-2011-ci illər üçün üzvlüyə qəbul elan edir

Cəmiyyət Materials 7 Oktyabr 2010 16:20 (UTC +04:00)
Azərbaycan ötən il Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasına (AIESEC International) tamhüquqlu üzv olduqdan sonra "AIESEC Azərbaycan" 2010-2011-ci illər üçün öz tarixinin yeni mərhələsini başlayır. "AIESEC Azərbaycan" üzvlərinə yüksək keyfiyyətli təcrübə vermək, cəmiyyətin ehtiyaclarını əks etdirən layihələr təşkil etmək və təşkilatın qlobal şəbəkəsi ilə daima əlaqədə olmağı qarşısına məqsəd qoyub.
"AIESEC Azərbaycan" 2010-2011-ci illər üçün üzvlüyə qəbul elan edir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan ötən il Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasına (AIESEC International) tamhüquqlu üzv olduqdan sonra "AIESEC Azərbaycan" 2010-2011-ci illər üçün öz tarixinin yeni mərhələsini başlayır. "AIESEC Azərbaycan" üzvlərinə yüksək keyfiyyətli təcrübə vermək, cəmiyyətin ehtiyaclarını əks etdirən layihələr təşkil etmək və təşkilatın qlobal şəbəkəsi ilə daima əlaqədə olmağı qarşısına məqsəd qoyub. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir. AIESEC üzvləri dünyanın hansı ölkəsindən olmalarından asılı olmayaraq, qlobal problemlər, idarəçilik və liderlikdə maraqlıdırlar.

AIESEC dünyanın ən böyük tələbələr tərəfindən idarəolunan könüllü təşkilatıdır. "AIESEC Azərbaycan" 2010-2011-ci illər üçün Bakı tələbələrini təşkilata üzvlüyə dəvət edir. Təşkilatın məqsədi ən həvəskar və ən məsuliyyətli 1, 2 və 3-cü kurs tələbələrini növbəti il ərzində öz fəaliyyətlərində iştiraka cəlb etməkdir.

Belə ki, təşkilat Bakıda yerləşən universitetlərin ən məsuliyyətli tələbələrinə AIESEC fəaliyyətlərində və layihələrdə iştirak etməklə öz idarəçilik və liderlik bacarıqlarını inkişaf etdirmək, layihə idarəçiliyi, təlimlər, insan resursları, reklamçılıq və maliyyə sahəsində praktiki təcrübə qazanmaq imkanı verir. AIESEC üzvləri beynəlxalq gənclər konfranslarında iştirak etmək və dünyanın hər bir yerindən Azərbaycana gələn əcnəbilərlə ünsiyyət qurmaq və müxtəlif mədəniyyətləri anlamaq şansına sahib olacaqlar.

"AIESEC Azərbaycan" bu il Bakıda yerləşən 4 universitetdə yerli ofislərini açmağı planlaşdırır və artıq oktyabr ayından etibarən öz üzvlərinə yerli ofislərdə prezident və vitse-prezident vəzifələri ilə bərabər intensiv üzvlük və liderlik təcrübəsi təklif edir.

"AIESEC Azərbaycan" və onun fəaliyyətləri haqqında əlavə məlumatı /www.aiesec.az/ saytından əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti