...

Azərbaycanlı alim İran dövlətini məhkəməyə verəcək (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2010 16:06 (UTC +04:00)
Bunu İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev və vəkili Aslan İsmayılov cümə günü Trend BİA-nın mətbuat konfransı zalında keçirdiyi brifinqdə deyib.
Azərbaycanlı alim İran dövlətini məhkəməyə verəcək (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

İranda qanunsuz həbs olunmuş azərbaycanlı alim bu ölkəni və "Sazan Elektronics İndustry" şirkətini məhkəməyə verəcək.

Bunu İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev və vəkili Aslan İsmayılov cümə günü Trend BİA-nın mətbuat konfransı zalında keçirdiyi brifinqdə deyib.

Vəkil bildirib ki, Əliyev İranda həbsdə saxlanıldığı müddətdə fiziki və psixoloji durumunda problemlər yaranıb. Əliyev ona dəymiş maddi və mənəvi ziyana görə, İran hökumətini və "Sazan Elektronics İndustry" şirkətini məhkəməyə vermək üçün rəsmi addımlar atacaq.

Əliyev ona dəyən ziyana görə, cavabdeh tərəfdən təzminat tələb etməklə bərabər, həbsində günahkar olan səlahiyyətli şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyir.

İsmayılov alimlə bağlı qanunsuzluqların bu gün də davam etdiyini söyləyib.

Onun sözlərinə görə, İran tərəfi Rəşid Əliyevin rəsmi sənədlərini - xarici pasportunu, şəxsiyyət vəsiqəsini, universitet vəsiqəsini hələ də qaytarmayıb. Əliyev və vəkili İsmayılov bu günə qədər İranın Azərbaycandakı Səfirliyinə dəfələrlə müraciət etsələr də, heç bir rəsmi cavab ala bilməyiblər.

Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti