...

İKT-yə üzv ölkələrin iştirakı ilə "Sağlam səyahət" mövzusunda İranda konfrans keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2010 16:32 (UTC +04:00)
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin iştirakı ilə "Sağlam səyahət" mövzusunda ilk konfrans noyabrın 2-4-də İranın Məşhəd şəhərində keçiriləcək. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.
İKT-yə üzv ölkələrin iştirakı ilə "Sağlam səyahət" mövzusunda İranda konfrans keçiriləcək

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin iştirakı ilə "Sağlam səyahət" mövzusunda ilk konfrans noyabrın 2-4-də İranın Məşhəd şəhərində keçiriləcək. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, konfransda İKT-yə üzv 57 ölkədən nümayəndələr iştirak edəcəklər. Konfransda İKT rəsmiləri, İslami İnkişaf Bankının rəsmiləri, İKT-yə üzv ölkələrin səhiyyə nazirləri, İran xəstəxanalarının və turizm şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Konfransın keçirilməsində məqsəd, İslam ölkələri arasında səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, müalicə məqsədi ilə İKT-yə üzv ölkələrə olunan səfərlər üçün standartların təsdiqi, müalicə məqsədi ilə baş tutan səfərlərin təşkili üçün xəstələr və təşkilatların ehtiyaclarını təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti