...

Azərbaycan, Gürcüstan və Ermənistan hüquqşünasları Almaniyada keçirilən təlimlərə qatılıb

Cəmiyyət Materials 28 Oktyabr 2010 17:28 (UTC +04:00)
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətindən (GTZ) cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 25-dən noyabrın 13-dək "Hertie School of Governance" məktəbində "Hüquqşünas fəaliyyətində islahatlar" mövzusunda keçirilən təlimin 25 nəfər iştirakçısı regional hüquq dialoqu üzrə tərəfdaş təşkilatlardan seçiliblər.
Azərbaycan, Gürcüstan və Ermənistan hüquqşünasları Almaniyada keçirilən təlimlərə qatılıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan, Gürcüstan və Ermənistandan olan bir qrup hüquqşünas Almaniyada keçirilən təlimlərə qatılıb.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətindən (GTZ) cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 25-dən noyabrın 13-dək "Hertie School of Governance" məktəbində "Hüquqşünas fəaliyyətində islahatlar" mövzusunda keçirilən təlimin 25 nəfər iştirakçısı regional hüquq dialoqu üzrə tərəfdaş təşkilatlardan seçiliblər.

"Cənubi Qafqazda hüquq və ədliyyə islahatları" adli regional proqram çərçivəsində təlimin təşəbbüskarı GTZ-dir.

Seminar iştirakçılarına elmi-praktiki şəraitdə peşəkar dialoqun qurulması və intensiv təcrübə mübadiləsində imkan yaradılacaq.

Gənc və aparıcı işçilər hüquq və hüququn tədbiqi sahəsində olan bacarıqlarını təcrübəyə uyğun intensivləşdirmək və yeni bilikləri hüququn transformasiya mərhələsində istifadə etmək imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti