...

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının məqsədi xalqın ədalət mühakiməsinə inamın artırılmasıdır - Ramiz Rzayev

Cəmiyyət Materials 11 Noyabr 2010 13:19 (UTC +04:00)
Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının məqsədi xalqın ədalət mühakiməsinə olan inamının artırılmasıdır.
Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının məqsədi xalqın ədalət mühakiməsinə inamın artırılmasıdır - Ramiz Rzayev

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının məqsədi xalqın ədalət mühakiməsinə inamın artırılmasıdır. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

"Vətəndaşların hüquqları hər hansı vəzifəli şəxs, məmur və ya dövlət qrumu tərəfindən pozularsa, məhkəmələr bu hüquqları bərpa etməlidir. Məkəmələr insanların güvənc yeri olmalıdır", - Ali Məhkəmənin sədri vurğulayıb.

Rzayev yeni seçilən hakimlərin ədalət mühakiməsini Konstitusiya və qanunlara uyğun həyata keçirəcəklərinə və xalqın məhkəmələrə inamını daha da artıracaqlarına ümidvar olduğunu bildirib.

Yeni qaydalar əsasında seçimlərlə Azərbaycanda birinci instansiya məhkəmələri hakimlərlə 90 faiz təmin olunb. Bəzi məhkəmələrdə hakim çatışmazlığının olduğunu deyən Rzayev onların növbəti seçimlərdə hakimlərlə təmin olunacaqlarını qeyd edib.

Ali Məhkəmənin sədri bu gün and içən və hakimlik fəaliyyətinə yeni başlayan hakimlərə tövsiyyə edib ki, onların qəbul etdiyi qərarlar əsaslandırılmalı, asan dildə yazılmalıdır.

"Hakimlərin fəaliyyəti şəffaf olmalı, hakimlər nümunəvi fəaliyyəti və davranışı ilə seçilməli, hakim adına ləkə gətirən hərəkətlərdən uzaq olmalıdırlar", - Rzayev qeyd edib.

Bu gün Ali Məhkəmənin Plenumunun növbədənkənar iclasında yeni fəaliyyətə başlayan hakimlər and içiblər.

Andiçmədə yeni fəaliyyətə başlayan 78 hakim iştirak edib.

Bu il oktyabrın 26-da Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının hakim vəzifəsinə namizədlərə dair təqdimatlarına baxaraq həmin şəxslərin birinci instansiya məhkəmələrinə hakim təyin olunmaları barədə sərəncam imzalayıb.

Son illərdə 235 nəfər şəffaf seçim əsasında hakim vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti