...

Ukraynanın Donetsk şəhərindəki kitabxanada Sumqayıt guşəsi açılacaq

Cəmiyyət Materials 12 Noyabr 2010 10:30 (UTC +04:00)
Ukraynanın Donetsk şəhərində yerləşən N.Krupskaya adına kitabxanada Sumqayıt guşəsi açılacaq.
Ukraynanın Donetsk şəhərindəki kitabxanada Sumqayıt guşəsi açılacaq

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Ukraynanın Donetsk şəhərində yerləşən N.Krupskaya adına kitabxanada Sumqayıt guşəsi açılacaq. Bu barədə cümə günü Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, kitabxanada Azərbaycan Ədəbiyyatı Mərkəzində yaradılacaq guşənin lazımi materiallarla təchiz olunması məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən mərkəzə müxtəlif illərdə nəşr olunmuş Sumqayıt şəhərinin bələdçi kitabları, eləcə də şəhərin sosial-iqtisadi inkişafını əks etdirən digər kitablar və konfrans materialları hədiyyə edilib.

Sumqayıt şəhəri Donetsk şəhəri ilə yanaşı Ukraynanın digər bir şəhəri olan Çerkassı ilə 2003-cü ildən dostluq və partnyorluq əlaqələrinə malikdir.

Xəbər lenti

Xəbər lenti