...

Bakı Apelyasiya Məhkəməsi Adnan Hacızadəni azadlığa buraxıb

Cəmiyyət Materials 18 Noyabr 2010 12:18 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsi Adnan Hacızadəni azadlığa buraxıb.
Bakı Apelyasiya Məhkəməsi Adnan Hacızadəni azadlığa buraxıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi Adnan Hacızadəni azadlığa buraxıb.

Vəkil İsaxan Aşurov cümə axşamı Trend-ə bildirib ki, Bakı Apelyasiya Məhkəməsi noyabrın 18-də həbsdəki gənc Adnan Hacızadənin apelyasiya şikayətinə baxaraq onu həbsdən azad edib.

O, həbs cəzasının yarısını çəkdikdən sonra azadlığa buraxılması ilə bağlı məhkəməyə şikayət vermişdi.

Adnan Hacızadə digər gənc Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının "Livan" restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Xəbər lenti

Xəbər lenti