...

Azərbaycanda təhsil müəssisələrində təhsil alanlara pulsuz tibbi xidmət göstəriləcək - Nazirlər Kabineti

Cəmiyyət Materials 26 Noyabr 2010 17:06 (UTC +04:00)
Nazirlər Kabinetinin rəsmi internet saytının cümə günü yaydığı məlumata görə, bu qayda "Təhsil haqqında" qanunun 28.3-cü maddəsinə əsasən hazırlanıb və təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən edir.
Azərbaycanda təhsil müəssisələrində təhsil alanlara pulsuz tibbi xidmət göstəriləcək - Nazirlər Kabineti

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"nı təsdiq edib.

Nazirlər Kabinetinin rəsmi internet saytının cümə günü yaydığı məlumata görə, bu qayda "Təhsil haqqında" qanunun 28.3-cü maddəsinə əsasən hazırlanıb və təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən edir.

Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Qərara görə, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilməlidirlər.

İlk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsil alanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstərilməlidir.

Sənəddə qeyd olunur ki, təhsil alanların olduğu yer ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tərəfindən tibbi xidmət göstərilməlidir.

Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsil alanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin edilirlər.

Həmçinin, təhsil alanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilməlidir.

Xəbər lenti

Xəbər lenti