...

Azərbaycanda media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məqsədəuyğundur - Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Dekabr 2010 11:06 (UTC +04:00)

RED. əlav.: İkinci abzasdan sonra bək-raund əlavə olunub.

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsini məqsədəuyğun hesab edir.

"Məlumat almaq azadlığı insan hüquqları sisteminə daxildir və bu baxımdan media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsi məqsədəuyğundur. Ombudsman vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə sıx əlaqə qurub və bu sahədə təcrübəyə malikdir", - Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cümə günü keçirilən Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi Parlamentə tövsiyə olunub.

Azərbaycanın Mətbuat Şurası cümə axşamı media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edən bəyanat yayıb.

Xəbər lenti

Xəbər lenti