...

Azərbaycanda Aşura günü qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adları açıqlanıb

Cəmiyyət Materials 13 Dekabr 2010 16:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü - dekabrın 16-da qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb.
Azərbaycanda Aşura günü qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adları açıqlanıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Cəfərov/

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü - dekabrın 16-da qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb.

Təzəpir , Hacı Sultanəli məscidi, Bibiheybət, Qaraçuxur məscidi, Mir Mövsüm ağa məscidi, Sumqayıt məscidi, Gəncədə İmamzadə, Mingəçevirdəki Heydər, Şəki məscidi, Şirvan məscidi, Lənkərandakı Böyükbazar məscidi və Bərdə məscidində qanvermə aksiyaları həyata keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

1368 il öncə məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Xəbər lenti

Xəbər lenti