Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Qazaxıstan Respublikası Prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb.
Trend-in RİA-Novosti saytına istinadən verdiyi məlumata görə, bununla bağlı prezident Nursultan Nazarbayev tərəfindən imzalanan fərmanda bildirilir ki, Polad Bülbüloğlu bu mükafata türkdilli ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına yönəlmiş aktiv fəaliyyətinə, xalqlar arasında qarşılıqlı etimadın yüksəlməsinə verdiyi töhfəyə görə layiq görülüb.